• 21 Sentyabr 2020
logo
İspaniyada koronavirusa yoluxan daha 619 nəfər ölüb

İspaniyada koronavirusa yoluxan daha 619 nəfər ölüb

Son sutka ərzində İspaniyada yeni tip koronavirusa (Covid-19) yoluxan daha 619 nəfər ölüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, son 3 gündə qeydə alınan ən böyük göstərici olub.
Ümumilikdə, ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 16 min 972 nəfərə çatıb. Son sutka ərzində 4 min 167 nəfər koronavirusa yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 166 min 19 nəfər olub. İndiyə qədər koronavirusa yoluxanlardan 62 min nəfər sağalıb.