• 29 Sentyabr 2020
logo
Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Ötən gecə yerli vaxtla saat 02.03 radələrində Gürcüstanın cənubunda 3,7 bal gücündə zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı Ninotsminda şəhərindən 4 km uzaqlıqda, Orocolari kəndində, 3 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.