• 29 Sentyabr 2020
logo
Hindistanda son sutkada virusa yoluxanların sayı mindən çox olub

Hindistanda son sutkada virusa yoluxanların sayı mindən çox olub

Hindistanda son sutkada koronavirusa yoluxanların sayı 1 035-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailənin Rifahı Nazirliyi bildirib.

Məlumata görə, virusa yoluxanların ümumi sayı 7 447 nəfər olub. Hindistan üzrə koronavirusdan 239 nəfər ölüb.

Xatırladaq ki, Hindistan hökuməti aprelin 14-dək özünütəcrid elan edib.