• 19 Sentyabr 2020
logo
İranda koronavirusdan ölәnlәrin sayı artıb

İranda koronavirusdan ölәnlәrin sayı artıb

İranda yeni koronavirus (COVID19) nәticәsindә indiyәdәk 4 232 nәfәr ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusdan 122 nәfәr ölüb.

Cahanpur әlavә edib ki, ötәn sutkada 1 972 nәfәrin koronavirusa yoluxması tәsdiqlәnib.

Belәliklә İranda koronavirus daşıyıclarının sayı 68 192 nәfәrә yüksәlib vә 3 969 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 35 465 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

İndiyәdәk 242 mindәn çox diaqnoz testi hәyata keçirilib.