• 26 Mart 2023
logo
Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı 937 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 16 nəfərdə infeksiyaya yoluxma qeydə alınıb.

Ölkədə, həmçinin 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 11 nəfər koronavirusun qurbanı olub.

777 nəfərin müalicəsi davam edir.