• 27 Aprel 2024
logo
Papa məhbus qadınların ayaqlarını yuyub, öpdü

Papa məhbus qadınların ayaqlarını yuyub, öpdü

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində ənənəvi ayaqyuma ayinini icra edib.

Axar.az xəbər verir ki, dini mərasim Romada olan qadın həbsxanasında baş tutub.

Papa müxtəlif ölkələrdən olan 12 qadın məhbusun ayaqlarını yuyub.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib.