• 20 Sentyabr 2020
logo
Türkiyədən Yunanıstan və Bolqarıstana 148 763 miqrant keçib

Türkiyədən Yunanıstan və Bolqarıstana 148 763 miqrant keçib

Türkiyədən Yunanıstan və Bolqarıstana keçən miqrantların sayı açıqlanıb.
Türkiyənin Müdafiə naziri Hulusi Akar “TRT Haber”ə müsahibəsində bildirib ki, fevralın 28-dən indiyə kimi 148 763 miqrant Yunanıstan və Bolqarıstan keçib.
O deyib ki, yanvarın 1-dən bu günə kimi hərəkat bölgələrində 903 terrorçu zərərsizləşdirilib.
Nazirin sözlərinə görə, bundan başqa, yanvarın 1-dən bu gün qədər 59 quru, 90 hava əməliyyatı həyata keçirilib ki, nəticədə 200 terrorçu zərərsizləşdirilib.
H. Akar Suriyanın şimalında, İdlib vilayətində gərginliyin azaldığını vurğulayıb.
O qeyd edib ki, aprelin 15-də NATO Müdafiə nazirlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək.
Nazir koronavirusla mübarizə çərçivəsində orduda müvafiq addımların atıldığını da vurğulayıb.