• 30 May 2020
logo
Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 791,08 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-fevral ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 2,7 faizə bərabər olub.

Fevral ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin fevralı ilə müqayisədə 19,5 faiz artaraq 425,59 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 6,5 faiz azalaraq 529,581 milyon dollar təşkil edib.

Türkiyənin 2020-ci ilin yanvarı üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,4 faizə bərabər olub.

Fevral ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin fevralı ilə müqayisədə 5,9 faiz azalaraq 227,097 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin fevralında Türkiyənin xarici ticarət dövriyyəsi 32,287 milyard dollar təşkil edib.