Türkiyənin “Türksell” mobil operatoru üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın “NJJ Capital”a vermək qərarına gəlib.
Baymedia.az xəbər verir ki, bu barədə “Türksell”dən məlumat verilib.
“Şirkətimizin Direktorlar Şurasının 20 dekabr 2023-cü il tarixli qərarı çərçivəsində törəmə şirkətlərimiz olan “Lifesell” MMC, “Global Bilgi” MMC və “Ukrtower” MMC-nin səhmlərinin bütün hüquqlarının borcları ilə birlikdə “NJJ Capital”a verilməsi haqqında 29 dekabr 2023-cü il tarixində müqavilə imzalanmışdır”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, faktiki olaraq, aktivlərin verilməsi hələ həyata keçirilməyib və əməliyyatın dəyəri və onun yekun şərtləri ilə bağlı danışıqlar prosesi başlayıb.
“Türksell“in “Lifesell”də türk şirkətinin hazırkı məzənnə ilə 334 milyon dollar, “Global Bilgi”də 1,2 milyon dollar, “Ukrtover”də 51,6 milyon dollar dəyərində səhmləri var.