• 27 İyul 2024
logo
Kiprdə terrora hazırlaşan iki iranlı həbs edildi

Kiprdə terrora hazırlaşan iki iranlı həbs edildi

Cənubi Kiprdə israillilərə qarşı terror planı hazırlayan iki iranlı həbs edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Kipr mediası məlumat yayıb. İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bəyanat yayaraq, iranlı terrorçuların həbsində MOSSAD-ın Kipr polisinə dəstək verdiyini bildirib. Adları açıqlanmayan iranlıların siyasi mühacir və SEPAH-a bağlı şəxslə əlaqədə olduqları vurğulanıb. Qeyd edək ki, bundan əvvəl də Kiprdə bir neçə iranlı və SEPAH-a bağlı şəxslər İsrail vətəndaşlarına qarşı terror hazırlamaq ittihamına görə saxlanılıblar.