• 27 İyul 2024
logo
Türkiyədə güclü zəlzələ: İstanbulda bina zədələndi

Türkiyədə güclü zəlzələ: İstanbulda bina zədələndi

Türkiyədə bu gün baş vermiş zəlzələ zamanı İstanbulun Esenler rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev zərər görüb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.

Nazirin sözlərinə görə, 2 nəfər pilləkənlərdən yıxılıb. Amma onların səhhəti yaxşıdır.