• 20 Aprel 2024
logo
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı

Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı

Türk Hava Yolları (THY) bütün beynəlxalq uçuşları dayandırdı.

Bu barədə öz "Twitter" səhifəsində şirkətin baş direktoru Bilal Ekşi yazıb.

B.Ekşi bildirib: "Koronavirusla mübarizə çərçivəsində bütün beynəlxalq uçuşlarımız dayandırılıb. Şənbə günü 23:59-dan etibarən daxili reyslər İstanbul və Ankaradan bəzi mərkəzi şəhərlərə uçuşlarla məhdudlaşacaq".

Baş direktor əlavə edib ki, daxili reyslər İstanbul Hava Limanından və Ankara Esenboğa Hava limanından həyata keçiriləcək.