Bu necə bir dünya nizamıdır ki, burada hər bir insan və ölkə istifadə edə biləcəyi kimisə və ya ölkəyə dəstək verir?
İzzət Sarı
Tarixdən bu günə nəzər salsaq, azsaylı əhali olan ermənilər Osmanlı İmperiyasına, yaxın tariximizdə isə Türkiyəyə çox əziyyət verdilər.
Daha əvvəl də yazmışdım, Türkiyənin var olma uğrunda mübarizə apardığı istiqlal savaşında ermənilərin bizi zəiflətmək üçün Şərqdə və Güneydə nələr etdiyini hamı bilir.
103 il əvvəl bu erməni quldur dəstələri İneboludan Ankaraya sursat aparan öküz arabalarının qarşısını kəsərək, İlqaz dağının başında Dərbənd Polis Bölməsinə qarşı terror aktı törətməklə biri Kastamonu, 4-ü İlqaz və Çankırıdan olan əsgərlərimizi şəhid etmədimi?
Yenə İnebolunun maddi-texniki gücünü sındırmaq üçün bu erməni azlıqları rayondakı dinc əhalinin ehtiyaclarını ödəmək üçün istifadə etdikləri quyuları zəhərləyərək onlarla insanın ölümünə səbəb olmadılarmı?
Bunun kimi yüzlərlə misal çəkə bilərik.
Azərbaycan ərazisi olan Qarabağı Qərbin dəstəyi ilə 30 il işğal altında saxlamadılarmı?
Ərzurumda, Qarsda, İqdırda davamlı terror aktları ilə Azərbaycan türklərini qırmadılarmı?
Bu vəhşilikləri, Xocalı Soyqırımını, günahsız uşaqların güllələnməsini hansı türk unuda bilər?
Sizcə, Azərbaycanla Ermənistan arasında qardaş Azərbaycanın böyük qələbəsi ilə başa çatan 44 günlük müharibədən dərs aldığını düşündüyümüz 3 milyon əhalisi olan Ermənistan bu işi öz başına görüb?
Ötən gün Xankənti yaxınlığında mülki əhalinin təhlükəsizliyi üçün çalışan Azərbaycan Polisinə mina terrorunu Ermənistan təkbaşına həyata keçirir?
Son 20-30 ilə nəzər saldıqda qonşuları ilə yaxşı münasibət saxlayan Gürcüstan, Azərbaycan və Bolqarıstanın sülh və iqtisadi inkişafı göz qabağındadır, 2, 9 milyon əhalisi olan səfil Ermənistan Qərbin köməyi ilə ayaqda qala bilir. Görəsən niyə?
Bəs, bizim Konya qədər olmayan və Qərbin köməyi ilə ayaqda qala bilən bir ölkə hələ də nə etmək istəyir və nəyə görə qonşusu Azərbaycana qarşı terror aktları həyata keçirir?
Əgər Ermənistan təkbaşına bir ölkəyə çevrilə bilsəydi, ticarətini daha yüksək səviyyələrə çatdırmaqla ayaq üstə dayana bilən müstəqil dövlət olardı.
Təəssüf ki, ABŞ və Fransada fəaliyyət göstərən erməni diasporu Ermənistan hakimiyyətindən əl çəkmir.
44 gün davam edən Qarabağ müharibəsindən sonrakı dönəmdə 300-dən çox Azərbaycan türkünü şəhid edən erməni quldur dəstələri bir neçə gün əvvəl 7 Azərbaycan Polisini şəhid etdi.
Erməni torpaqlarının Fransa və Amerika üçün heç bir əhəmiyyəti yoxdur. Bütün məsələ ondan ibarətdir ki, Fransa və Amerikada fəaliyyət göstərən erməni əsilli iş adamları bu ölkələrin hökumətlərinə təzyiq göstərirlər.
Afrikadakı müstəmləkə gəliri ildə 600 milyard dolları keçən Fransa öz xalqının rifah payını artırmaq üçün istismar olunan ölkələri rahat buraxmıq, buraxmayacaq da!
Qarabağdakı 1 milyard dollardan çox qızıl ehtiyatından əldə edilən bütün gəlir Amerikaya, Fransaya, İsveçrəyə axır. Bu qızıl mədənlərindən Ermənistan xalqına bir qəpik belə getmir!
Bu səbəbdən; Silahlı qüvvələrini ən yüksək səviyyədə güclü saxlayan və müstəmləkəçilik gəlirlərinin əhəmiyyətli bir hissəsini müdafiə sənayesinə yatıran Fransa gəlirlərinin azalmasından qorxduğu üçün müstəmləkə ölkələrini Afrika və Ermənistanı daim təxribata çəkir.
“Məsələ çaqqal olmaq deyil, bacıoğlu, əsas çaqqallarla rəqs etməyi bacarmaqdır...”,- deyir mərhum məşhur kinoaktyorumuz Tuncel Kurtiş.
Əsl məsələ Ermənistan deyil, onun arxasında duran ölkələrdir.
Fransa və Amerika 44 günlük Qarabağ məğlubiyyətini nə vaxtsa unuda biləcəkmi?
O, ilk fürsətdə yenidən maşanı ələ alacaq və öz məqsədlərinə çatmaq üçün can verən Ermənistanın odun kimi yandıraraq atəşdə can verməsinə səbəb olacaq!
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın ərazi bütövlüyünü tanıyır! Bu coğrafiya Azərbaycan türklərinin tarixdən bəri yaşadığı coğrafiya deyilmi? “Xankənti” adından da göründüyü kimi, tarix boyu Azərbaycan şəhəri olub.
Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Amerikada keçirilən iclasında tanınan və ya tanınmayan bütün ölkə təmsilçilərinin gözünün içinə baxaraq “Qarabağ Azərbaycan torpağıdır...”, deyə hayqırdı.
Bundan öncə isə Azərbaycan prezidenti İlham Əliyev “Bu bizim daxili işimizdir və biz Antiterror əməliyyatına başlayırıq” deyərək dünyanın diqqətini yenidən Qarabağa yönəltdi.
Azərbaycandakı jurnalist dostlarımızla mütəmadi olaraq görüşürəm. Qədim türk yurdu Azərbaycandan gələn xəbərlər belədir; “Azərbaycan-Ermənistana müharibə elan etməyib. Qarabağ Azərbaycan ərazisidir və bu səbəbdən erməni separatçılarının terror aktlarına qarşı, peşəkar təmizləmə əməliyyatları aparılıb. Və Son olaraq da separatçılar təslim oldular”.
Bilirsiniz ki, polisdə pelə bir söz var: “Cinayəti törədən şəxs hadisə yerinə birinci çatır!”
Bu açıqlamalara ilk reaksiya Fransadan, sonra Amerikadan gəldi.
Yəni cinayəti Fransa və Amerika törədib.
Şimal qonşularımız olan Rusiya ilə Ukrayna arasında müharibə hələ bitmədiyi halda, dünyanın bəlası olan Amerika və Fransa Qarabağı yenidən alovlandırmağa çalışdı.
Xankənidə şəhid olan 7 Azərbaycan polisinə Allah rəhmət eləsin, kədərli ailələrinə və bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm.
Sən tək deyilsən əziz Azərbaycan...
Günün sözü:
"Nə mutlu türkəm deyənə"
(M.K.Atatürk)