• 28 Mart 2024
logo
Ərdoğan: Yükü üstümüzə atırlar, dəstək isə vermirlər

Ərdoğan: Yükü üstümüzə atırlar, dəstək isə vermirlər

Yunanıstan beynəlxalq hüquq normalarını bilmir. Bunlar sərhədi keçmək istəyən 4-5 miqrantı öldürüblər. Əlbəttə, bunların qısası alınacaq. Çıplaq şəkildə qoyduğu miqrantların fotolarını BMT-nin iclasında gözlər önünə sərəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən deyib.
“İndi də bunlar azmış kimi yunanlar sərhədlərini tikanlı tellər çəkirlər. Bizim qapıları bağlamaq kimi fikrimiz yoxdur. Yunanısatana təklif edirəm ki, qapıları açsın. Onsuz da bu insanlar Yunanıstanda birdəfəlik qalan deyillər. Avropanın digər ölkələrinə getmək istəyirlər. Sən “keçib getsin” deyə bilmirsən, amma Türkiyəni günahlandırırsan.
Avropa Birliyi (AB) bütün yükü Türkiyənin üzərinə atır, amma dəstək istəyəndə vermir. İnciməyin: AB bizə verdiyi vədləri yerinə yetirərsə, Türkiyə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. AB Latın Amerika ölkələri ilə viza rejimini sadələşdirir, Balkan ölkələri, Ukrayna ilə ləğv edir. Ancaq Türkiyə kimi bir ölkə ilə viza rejimini aradan qaldırmır”, - Ərdoğan bildirib.