• 20 Aprel 2024
logo
Rusiya dünən onlara sərt xəbərdarlıq etdi

Rusiya dünən onlara sərt xəbərdarlıq etdi - Çavuşoğlu

Rejim atəşkəsə əməl etməzsə, lazım olanı edəcəyik.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İdlib böhranı ilə bağlı danışarkən deyib.
“Ötən gün rejim İdlibdə təxribat törətmək istəyib. Mənə verilən məlumata görə, Rusiya rejimə sərt şəkildə xəbərdarlıq edib. Əgər rejim irəliləməyə cəhd etsə, şanlı ordumuz bunun qarşısını alacaq. Razılaşmaya əsasən, İdlibdə M4 magistralının cənubuna ruslar, şimalına isə biz nəzarət edəcəyik”, - Çavuşoğlu bildirib.
Ötən gün AB ilə Türkiyə nümayəndə heyəti arasında keçirilən görüşlə bağlı danışan XİN rəhbəri təkcə miqrant böhranı ilə bağlı məsələlər deyil, eyni zamanda ikili münasibətlərin müzakirə edildiyini vurğulayıb:
“Bir neçə məsələ var ki, onlar həll edilməlidir. AB ilə dialoqlara başlamışıq. Bunun davam etməsi üçün addımlar atılmalıdır. AB dürüst və səmimi olmalıdır. Çox şükür, biz AB-yə yalvaran ölkə deyilik. Ancaq hər iki tərəfin bir-birləri qarşısında öhdəlikləri var.
Martın 26-na qədər razılıq əldə etsək, AB liderləri zirvəsində həmin məsələləri gündəməyə gətirəcəyik. Açılanmayan bütün fəsilləri açmağa hazırıq”.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Birliyi Şurasının rəhbəri Çarls Mişel və Avrokomissiyanın sədri Ursula fon der Leyen arasındakı görüş gərgin keçib. Ərdoğan əsəbləşərək görüşü tərk edib.