• 20 Aprel 2024
logo
Ərdoğan Qəhrəmanmaraşda: İlk açıqlama...

Ərdoğan Qəhrəmanmaraşda: İlk açıqlama...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraş vilayətinə gəlib.

Baymedia.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Zəlzələ ilə bağlı açıqlama verən ölkə başçısı bildirib ki, bütün imkanlarımızı səfərbər etmişik:

“İlk gün müəyyən çətinliklər olsa da, ikinci gün və bu gün vəziyyət nisbətən normallaşıb. Axtarış-xilasetmə işlərimiz sürətli şəkildə davam etdirilir. Bununla yanaşı dağıntıların aradan qaldırılması işlərinə də başlanılacaq”.

Ərdoğan zəlzələdən zərər çəkənlərə maliyyə yardımının göstəriləcəyini də bildirib:

“Bu məsələ ilə bağlı müəyyən bir büdcə ayrılıb. Zərərin qiymətləndirilməsindən sonra hər bir ailəyə 10 min lirə vəsait ödənilənəcək. Zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq”.