• 24 Aprel 2024
logo
İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu

İranın İraq ilə sərhədyanı bölgəsində - Kirmanşah vilayəti ərazisində 4,7 bal gücündə zəlzələ baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 60 km dərinlikdə, Sərpol Zəhab şəhərindən 22 km məsafədə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.