• 24 Aprel 2024
logo
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

Bir neçə gün bundan əvvəl edilən çağırışlardan sonra İranın bir çox bölgələri ilə yanaşı Güney Azərbaycan şəhərlərində də tətil aksiyaları başlayıb.
Güneyli sosial media fəallarının verdiyi məlumatlara görə, Təbriz, Urmu, Ərdəbil, Mahabad (Soyuqbulaq), Həmədan, Qəzvin və başqa bir neçə şəhərdə bazar, mağaza və istehsal müəssisələrinin əksəriyyəti bağlanıb.
Dekabrın 5-dən 7-ə kimi tətil aksiyalarının keçirilməsinə edilən çağırışdan sonra bir çox əyalətlərin buna qoşulması Tehran birjasının ümumi indeksinin əhəmiyyətli dərəcədə dəyər itirməsinə səbəb olub.