• 2 Aprel 2020
logo
Trüdo və Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Trüdo və Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Kanadanın Baş naziri Castin Trüdo və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti və Ukrayna təyyarəsinin İranda qəzaya uğraması üzrə araşdırma işini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Kanada Baş Nazirinin Aparatı tərəfindən yayımlanan açıqlamada bildirilir.

Bildirilib ki, Baş nazir, Prezident Ərdoğana (təyyarə) faciəsi ilə əlaqədar Türkiyədən Kanadaya kömək göstərdiyinə, o cümlədən fəlakət qurbanlarının ailə üzvlərinin Türkiyə ərazisindən (İrana) keçməsinə görə təşəkkür edib:

"Liderlər, eyni zamanda bu faciə ilə əlaqədar tam, şəffaf və etibarlı bir araşdırma aparılacağına razılıq veriblər".

Trüdo və Ərdoğan, həmçinin Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər. Gərginliyin artmasının qarşısını almağın zəruriliyini və bölgədə sülh və sabitliyin qorunması üçün "İŞİD" ilə mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıblar.