• 21 Fevral 2024
logo
İranın molla rejimi başa düşür ki, ömrü bura qədərdir – Güneyli soydaşımız

İranın molla rejimi başa düşür ki, ömrü bura qədərdir – Güneyli soydaşımız

İran hakimiyyəti ölkənin bütün sərvətlərini talayır. İran dövləti terrorçu bir dövlətdir. O rejim terrorçu bir rejimdir. Yəni, islam adı altında, şiəlik adı altında Livana pulsuz neft, benzin verir. Başqa ölkələrdə – Suriyada, Yəməndə və Yaxın Şərqin bir sıra digər ölkələrində terror aktları törədilməsinə yardım edir. İranın Yəməndə husilərə etdiyi yardımlar hesabına o qədər iğtişaşlar törədilir. Bütün bu işlər isə İran xalqına məxsus olan ölkənin sərvətlərindən əldə olunan pulların sayəsində gerçəkləşdirilir.
Bunu Publika.az-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.
O qeyd edib ki, İran bu ölkələrdən öz məqsədləri üçün istifadə edir:
“İran rejimi üçün fərq etmir. İran molla rejimi başa düşür ki, bölgədə böhran yarada biləcəyi qədər davam edəcək. Böhran qurtaranda o rejim getməlidir. O sərhədlər 30 il onun qırmızı xətti olmadığı halda 44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra başlayıb ki, Ermənistanın ərazi bütövlüyü onun üçün qırmızı xəttdir. Ermənistanın qazı, elektrik enerjisini, nefti, benzini İrandan gəlir. 30 il şiə adlandırdığı Azərbaycan sərhədinin onun üçün mənası yox idi. Orada evlərin mişar daşlarını belə talayan rejimə bir söz deməyən İran indi gəlib Ermənistana Zəngəzur məsələsində deyir ki, bura mənim qırmızı xəttimdir. Bəs necə olur ki, dini bir, mədəniyyəti bir ölkənin 30 illik sərhədinin sənin üçün əhəmiyyəti yox idi, indi gəlmisən Zəngəzur məsələsi bizim qırmızı xəttimizdir deyirsən?!”.
Babək Muğanlı deyib ki, İran rejiminin harada əli varsa, orada İranın sərvətlərini talayıb orada terror aktları üçün istifadə edir:
“İranı bürüyən iğtişaşların bir səbəbi də budur. Xalq o rejimdən cana doyub. Nə qədər basqı, nə qədər insanları əzmək, nə qədər insanların bütün hüquqlarını əllərindən almaq olar?! Bunun nəticəsidir ki, xalq o rejimin əleyhinə qalxıb”.
Müsahibimiz Ukraynaya qarşı istifadə edilən dronların hamısını İranın verdiyini bildirib:
“İran molla rejiminin harada mənafeyi icab edirsə, terrorçu rejim kimi İranın sərvətlərini talayıb ora yatırdır. Bundan əlavə İranın Mərkəzi Bankının Xavəri soyadlı bir nəfər rəhbəri var idi. O deyirdi ki, mənim yanıma gələn dəstəmaz alıb gəlməsə, mən rahatsız oluram. Həmin Xavəri 3 milyard pulu aparıb Kanadada boynundan xaç asıb, şortik geyinib özü üçün yeyir. Yəni, mollalar İranın sərvətlərini bir tərəfdən özləri üçün talayırlar, digər tərəfdən isə bölgədə terror aktları törətməyə, ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına sərf edirlər. Məhz bu səbəblər İran dünyada terroru dəstəkləyən ölkə imicinin formalaşmasını şərtləndirən əsas amillərdir. Azərbaycan cəmiyyəti İranın Ermənistanın ölkəmizə qarşı terror siyasətinə verdiyi dəstək nümunəsində bunun canlı şahididir. O molla rejimində din adına, islamiyyət adına heç nə yoxdur. İranda xalqın sərvətini talayan bir rejim hökm sürür”.