• 25 Aprel 2024
logo
İsveç nümayəndə heyəti Türkiyəyə gəlir

İsveç nümayəndə heyəti Türkiyəyə gəlir

İsveç Ədliyyə Nazirliyinin nümayəndə heyəti oktyabrın 5-6-da Türkiyəyə səfər edəcək.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ jurnalistlərə açıqlamasında deyib.
"İsveçin nümayəndə heyətinin səfər zamanı NATO-ya üzvlüklə bağlı memorandum çərçivəsində ekstradisiya barəsində danışıqlar da aparılacaq. Biz İsveçlə Finlandiyanın FETÖ və PKK üzvlərini Türkiyəyə təhvil verəcəyini gözləyirik”, - Bozdağ bildirib.