• 24 Aprel 2024
logo
Soylu istefa verir? – Ərdoğana müraciət

Soylu istefa verir? – Ərdoğana müraciət

Türkiyə daxili işlər naziri Süleyman Soylu Prezident Rəcəb Tayyib Ərdoğandan onu istefaya göndərməsini istəyib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Soylu bunu dünən Nazirlər Kabinetinin Beştəpədə keçirilən iclasında deyib. Ərdoğanın bununla bağlı hansı qərarı verdiyi məlum deyil.
Türkiyəli jurnalist Bünyamin Gülər isə Soylunun yerinə Prezident Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən Faruk Çelikin gətiriləcəyini iddia edib.