• 27 İyul 2024
logo
Türkiyədə turist avtobusu qəzaya uğradı: 2 ölü, 28 yaralı

Türkiyədə turist avtobusu qəzaya uğradı: 2 ölü, 28 yaralı

Türkiyənin Bursa şəhərində turist avtobusu qəzaya uğrayıb.
Məlumata görə, Kütahya şəhərindən yola çıxan avtobus Bursanın İnegöl rayonu ərazisində dərəyə yuvarlanıb.
Qəza nəticəsində avtobusda olan 47 sərnişindən 2-si ölüb, 28 nəfər xəsarət alıb.
Hadisə yeri çox sayda təcili tibbi briqada, polis əməkdaşı və xilasetmə qrupu cəlb olunub.