• 22 İyul 2024
logo
Türkiyə bu ölkələrlə memorandumun icrasını müzakirə etdi

Türkiyə bu ölkələrlə memorandumun icrasını müzakirə etdi

Bu gün NATO-nun Madrid Zirvə toplantısında Helsinkidə Türkiyə, Finlandiya və İsveç tərəflərinin imzaladığı Üçtərəfli memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası baş tutub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata əsasən, Türkiyə nümayəndə heyətinə prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal, İsveç nümayəndə heyətinə isə Baş nazirin dövlət katibi Oskar Stenström, Finlandiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Jukka Salovara rəhbərlik edib.
Heyət üzvləri arasında həm də, ölkələrin Ədliyyə, Xarici İşlər, Daxili İşlər, Milli Müdafiə nazirliklərinin və Milli Kəşfiyyat Təşkilatının nümayəndələri olub.
Türkiyə tərəfinin verdiyi açıqlamaya görə, toplantı zamanı tərəflər Daimi Birgə Mexanizmin iş prinsiplərini müəyyən edib. Və Üçtərəfli memorandumda qeyd olunan öhdəliklərin icrası ilə bağlı irəliləyişlər nəzərdən keçirilib. Eyni zamanda, atılacaq konkret addımlar barədə müzakirələr aparıb.