• 25 Aprel 2024
logo
Ərdoğanın Ukrayna səfəri bunun sübutudur

Ərdoğanın Ukrayna səfəri bunun sübutudur - Altun

Ukraynanı dəstəkləyən ölkələr müharibəni mümkün qədər tez bitirmək üçün diplomatiyaya daha çox səy göstərməlidirlər.
Bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Müharibənin təsirləri artıq geniş şəkildə hiss olunur və münaqişə diplomatik danışıqlarla yekunlaşmalıdır. Türkiyə olaraq Ukraynanın siyasi suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qərarlıyıq. Prezident Rəcəb Tayyib Ərdoğan münaqişə başlayandan bəri davamlı danışıqlar aparır və onun səyləri artıq ciddi nəticələr verib.
Ərdoğanın Ukraynaya səfəri onun müvafiq liderlərlə görüşərək, beynəlxalq arenada çoxtərəfliliyi mənimsəməklə diplomatik həll yollarının əldə oluna biləcəyinə inamının sübutudur. Beynəlxalq ictimaiyyət sülh və sabitliyə nail olmaq üçün bu səyləri dəstəkləməlidir”, - Altun bildirib.