• 24 Aprel 2024
logo
Ərdoğan Putinlə bu məsələni müzakirə edəcək

Ərdoğan Putinlə bu məsələni müzakirə edəcək

Lvovda Türkiyə və Ukrayna liderləri və BMT Baş katibi Antonio Quterreş arasında baş tutan görüşdə əsirlərin mübadiləsi müzakirə edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda baş tutan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu gün baş tutan görüşün nəticələrini Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.
Bundan əlavə, Ərdoğan Türkiyədən Ukraynaya 98 yük maşını humanitar yardımın göndərildiyini, 325 minə yaxın ukraynalının ölkədə müvəqqəti qalmaq üçün qəbul edildiyini də vurğulayıb.