• 26 Aprel 2024
logo
Ərdoğan Ukraynaya yola düşdü

Ərdoğan Ukraynaya yola düşdü

10:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərə yollanır.
O, hazırda Ankaradakı Esenboğa hava limanındadır.
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Vladimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.
Onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.