• 19 Aprel 2024
logo
Rusiyadan Türkiyəyə təklif: Uçuşların sayını artır...

Rusiyadan Türkiyəyə təklif: Uçuşların sayını artır...

Rusiya tərəfi Türkiyəyə avqustun sonuna qədər Türk Hava Yollarının ölkələr arasında həyata keçirdiyi uçuşların sayını sutkada 85-dən 100-ə çatdırmağı təklif edib.
Bu barədə “Hürriyət” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, son beş ayda İstanbul Hava Limanı Avropanın bir nömrəli keçid nöqtəsi olub.
“Bu gün Türkiyə şirkətləri, xüsusilə Türk Hava Yolları Rusiyadan Türkiyəyə gündə orta hesabla 85 uçuş həyata keçirir. Türkiyəyə səfər edə bilən rus şirkətlərini də hesaba qatsaq, bu, sutkada 120 reys edir. Moskvanın “Vnukovo” hava limanı o qədər sıxdır ki, bəzən Türkiyə təyyarələri bir neçə dəqiqədən bir havaya qalxır”, - nəşr bildirib.