• 26 Aprel 2024
logo
Türkiyədən ABŞ-dakı müsəlman qətllərinə reaksiya

Türkiyədən ABŞ-dakı müsəlman qətllərinə reaksiya

ABŞ-ın Albukerke şəhərində 4 müsəlmanın şübhəli şəkildə ardıcıl qətlə yetirilməsi bizi dərindən narahat edir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"Bu silsilə qətlləri törədənlərin dərhal tapılaraq məsuliyyətə cəlb edilməsini istəyir, ABŞ-ın müvafiq orqanlarından hadisənin bütün aspektlərini ən qısa zamanda işıqlandırmaq üçün hər cür araşdırma və təhqiqatları diqqətlə həyata keçirmələrini gözləyirik", - məlumatda bildirilib.