• 27 İyul 2024
logo
Soçi görüşü: Liderlər mətbuata açıqlama verməyəcək!

Soçi görüşü: Liderlər mətbuata açıqlama verməyəcək!

Rusiya və Türkiyə prezidentləri sabah Soçi görüşündən sonra mətbuat konfransı keçirməyəcəklər.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Mətbuat konfransı Türkiyə tərəfi üçün zaman baxımından münasib olmayacaq, geri qayıtmalıdırlar. Müzakirələrin məzmunu ilə bağlı Kreml nümayəndələri və baş nazir köməkçisi Aleksandr Novak jurnalistlərə açıqlama verəcək”, o bildirib.
Peskov həmçinin, Putinin Ankaranın dəvətini dəyərləndirərək Türkiyəyə səfər edib-etməyəcəyi ilə bağlı suallara da aydınlıq gətirib.
Kreml sözçüsü əlavə edib ki, sabah liderlər təmasların davam etdirilməsi məsələsi ilə bağlı qərar verəcəklər.
Qeyd edək ki, bundan öncə Kreml tərəflərin enerji məsələləri ilə bağlı müzakirələr aparacağını açıqlamışdı.