• 19 İyul 2024
logo
Çavuşoğlu Lavrovla görüşdü

Çavuşoğlu Lavrovla görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Bunu M.Çavuşoğlu Tvitter səhifəsində yazıb.
Tərəflər regional və beynəlxalq məsələləri, o cümlədən Ukrayna taxılının dünya bazarına ixracını müzakirə ediblər.
"Taxıl ixracının daimi atəşkəsə səbəb olub-ola bilməyəcəyini müzakirə etdik. Bu barədə mövqelərimizi ortaya qoyduq", - M.Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyə XİN başçısı Kamboca Krallığında səfərdədir.