• 25 Aprel 2024
logo
Tokayev: "Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir"

Tokayev: "Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir"

Qazaxıstan üçün neft tədarükünün şaxələndirilməsi mühüm vəzifədir.
Bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev ölkənin nəqliyyat-tranzit potensialının inkişafına həsr olunmuş müşavirə zamanı bildirib.
“Prioritet istiqamət Transxəzər marşrutudur. Mən “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanlarını işləyib hazırlamağı tapşırıram”, - Kasım-Jomart Tokayev qeyd edib.
Prezident qeyd edib ki, hökumət “Samruk-Kazına” (Qazaxıstanın investisiya holdinqi – red.) ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir.