• 25 Aprel 2024
logo
Rusiya və Türkiyə XİN başçıları görüşüb

Rusiya və Türkiyə XİN başçıları görüşüb - YENİLƏNİB

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında İndoneziyada danışıqlar keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında paylaşım edib.
O, Lavrov-Çavuşoğlu görüşünün İndoneziyada G20 XİN başçılarının iclası çərçivəsində baş tutduğunu qeyd edib.
***
10:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İndoneziyada keçiriləcək G20 XİN başçıları toplantısı çərçivəsində görüşəcək.
TASS xəbər verir ki, Lavrov həmçinin Çin XİN başçısı Van İ ilə də danışıqlar aparacaq.