• 29 Mart 2024
logo
XİN: Türkiyə Rusiya gəmisini həbs etməyib

XİN: Türkiyə Rusiya gəmisini həbs etməyib

Türkiyə Rusiya gəmisini həbs etməyib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə Türkiyə tərəfindən Rusiya gəmisinin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Rusiyanın Türkiyədəki səfirliyinin məlumatına görə, Rusiya gəmisi hazırda Qarasu limanındadır və gəmi fitosanitar nəzarəti daxil olmaqla, standart proseduradan keçir. Yekunda Türkiyə hakimiyyəti tərəfindən gəminin limandan keçib-keçməməsi barədə qərar qəbul olunacaq. Ona görə də, gəminin saxlanılması və gəmidəki yükün həbs edilməsindən söhbət getmir”, - rusiyalı diplomat vurğulayıb.