• 29 Mart 2024
logo
Qaraqalpaqıstanda iğtişaşlar zamanı 18 nəfər həlak olub, 243 nəfər yaralanıb

Qaraqalpaqıstanda iğtişaşlar zamanı 18 nəfər həlak olub, 243 nəfər yaralanıb

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında ötən həftə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb.
"kun.uz" xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb ki, onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Təhlükəsizlik qüvvələri 516 nəfəri saxlayıb, lakin artıq onların bir çoxu sərbəst buraxılıb.