• 28 Mart 2024
logo
İstanbulda meşədə yanğın söndürülüb

İstanbulda meşədə yanğın söndürülüb - YENİLƏNİB

İstanbulun Beykoz rayonunda meşədə başlayan yanğın yaşayış evləri üçün təhlükə yaradıb.
Yaşayış evlərinin yaxınlığında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər və yanğınsöndürmə maşınları ilə bərabər helikopterlər də cəlb olunub.
Yanğının evlərə keçməsinin qarşısı alınıb.
Qısa müddətdə lokallaşdırılan yanğın artıq söndürülüb.
***
saat 13.34

İstanbulun Beykoz rayonunda meşədə yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub.
Yanğına havadan helikopterlərlə müdaxilə edilir.