• 25 Aprel 2024
logo
Türkiyədə torpaq uçqunu zamanı ölən azərbaycanlı sürücünün şəxsiyyəti bilinib

Türkiyədə torpaq uçqunu zamanı ölən azərbaycanlı sürücünün şəxsiyyəti bilinib - FOTO - YENİLƏNİB

Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur.
***
11:12

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub: “Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.