• 19 Aprel 2024
logo
Ərdoğan Baydenlə ABŞ-ın Suriyada terrorçulara verdiyi dəstəyi müzakirə edib

Ərdoğan Baydenlə ABŞ-ın Suriyada terrorçulara verdiyi dəstəyi müzakirə edib - YENİLƏNİB 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində ABŞ lideri Co Bayden ilə bu ölkənin Suriyada terrorçulara göstərdiyi hərbi və maddi dəstəyi müzakirə edəcək.
O, NATO-nun sammitinə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu mövzuya həmkarı ilə bu gün apardığı telefon danışığı zamanı da toxunub.
Ərdoğanın sözlərinə görə, ABŞ-ın Suriyadakı terrorçulara göndərdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir.
***
12:46

Bu sabah ABŞ Prezidenti Co Bayden ilə telefon danışığımız oldu. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, NATO-nun Madrid Sammitində ABŞ lideri ilə görüşəcəyini də diqqətə çatdırıb.