• 13 Avqust 2022
logo
Türkiyədə “Qarabağ parkı” açılacaq

Türkiyədə “Qarabağ parkı” açılacaq

Türkiyənin Batman şəhərində “Qarabağ parkı” açılacaq.
Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş parkın açılışı 30 iyunda baş tutacaq.
Mərasim çərçivəsində mügənni Azərinin konsert proqramı nəzərdə tutulub. Bundan əlavə, Azərbaycanın Qarabağ bölgəsinin tarixi və mədəniyyətini əks etdirən 7 pavilyonun açılışı da olacaq.
Ümumi sahəsi 15 397 kvadratmetr olan “Qarabağ parkı” Batman bələdiyyəsi tərəfindən salınıb. Parkda uşaq meydançası, terraslar, tematik və istirahət zonaları yaradılıb.