• 29 Mart 2024
logo
Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

Təbrizin qədim küçələrindən olan Pir dərbəndi küçəsinin adının dəyişdirilərək “Ətləs” qoyulması təbrizlilərin narazılığına səbəb olub.
Bələdiyyə məsulları, Küçə və İctimai Yerlərin Adlandırılması İdarəsinə etdikləri müraciətlərin cavabsız qalmasından sonra təbrizlilər təhrif edilmiş küçə adını yeni quraşdırılan lövhələrdən silməyə məcbur olublar.
Qeyd edək ki, Təbrizin 4-cü bölgəsi bələdiyyəsinin qədim Pir dərbəndi küçəsinin adını dəyişdirərək “Ətləs” qoyması narazılıqla qarşılanış, təbrizli sosial media istifadəçilərinin etirazlarına səbəb olmuşdur.
Bir sıra sosial media istifadəçiləri bələdiyyə məsullarını Tehranın göstərişləri qarşısında Təbrizin qədim kimliyini simvolizə edən yer adlarını dəyişdirməsinin qəbul edilməz olduğunu yazıblar.
Pəhləvilər dövründən başlayan və türklərin yaşadığı bölgələrdə türkcə qədim yer adlarının təhrif olunmasına xidmət edən siyasət hazırkı dövrdə də davam edir.
Ara-sıra milli-mədəni fəalların fəaliyyətləri nəticəsində az sayda yer adlarının bərpasına nail olunmasına baxmayaraq, ümumilikdə qədim türk adlarının günü-gündən sıradan çıxarıldığı görünür.
Gunaz.tv