• 15 Avqust 2022
logo
Türkiyədə 5 gündür davam edən meşə yanğını nəzarət altına alınıb

Türkiyədə 5 gündür davam edən meşə yanğını nəzarət altına alınıb

Türkiyənin Mərmərə bölgəsində 5 gündür davam edən meşə yanğını nəzarət altına alınıb.
Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi məlumat verib.
O bildirib ki, soyutma üzrə işlər gün boyu və növbəti günlərdə davam edəcək.
Alovun söndürülməsi üçün 3-ü Qatardan gələn 46 helikopter və 1-i Azərbaycandan gedən 15 yanğınsöndürən təyyarə, o cümlədən 4587 yanğınsöndürən cəlb olunub.
Yanğını törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Əməlini etiraf edən şəxs ailəsi ilə arasındakı mübahisə səbəbindən içki qəbul etdiyini və bundan sonra yanğını törətdiyini bildirib.
Qeyd edək ki, yanğın nəticəsində 4500 hektar ərazi kül olub.