• 28 Mart 2024
logo
Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqlayıb

Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqlayıb

Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı keçirdiyimiz görüşün nəticəsində həm razılıq, həm də fikir ayrılığı var.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyənin tələbləri açıq və aydındır:
“Bu iki ölkə müttəfiq olmaq istəyirsə, NATO-nun bütün üzv ölkələrinin təhlükəsizliyinin qarşılanmalı olduğunu anlamalıdır”.
Nazir, NATO-nun Madriddə baş tutacaq Sammitində terrorla mübarizənin müzakirə olunacağını da deyib.