• 19 Avqust 2022
logo
Türkiyə, Ukrayna və Britaniya müdafiə nazirləri görüşüb

Türkiyə, Ukrayna və Britaniya müdafiə nazirləri görüşüb

Türkiyə milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri İclası çərçivəsində Ukrayna və britaniyalı həmkarları, Oleksi Reznikov və Ben Uolles ilə görüşüb.
Bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Üçtərəfli görüşdə regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı məlumat mübadiləsi aparılıb, Ukraynada baş verən son hadisələr müzakirə edilib.
Bu çərçivədə Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin çıxarılması və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi məsələləri də müzakirə olunub.

Hulusi Akar, Oleksi Reznikov, Ben Uolles