• 26 Aprel 2024
logo
Ərdoğan Makronla İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib

Ərdoğan Makronla İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, o cümlədən Ukrayna-Rusiya müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti də müzakirə edilib.