• 25 İyun 2022
logo
Türkiyə, Rumıniya və Polşa XİN rəhbərlərinin üçtərəfli iclası keçiriləcək

Türkiyə, Rumıniya və Polşa XİN rəhbərlərinin üçtərəfli iclası keçiriləcək

Türkiyə, Rumıniya və Polşa xarici işlər nazirlərinin üçtərəfli iclası keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 27-də İstanbulda baş tutacaq iclasda Ukraynada davam edən müharibə, NATO-nun iyunda Madriddə keçiriləcək Sammti, Strateji Konsepsiya və üçtərəfli prosesin gələcəyi müzakirə olunacaq.
Görüşdə cari regional vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq.
Türkiyə XİN rəhbəri rumıniyalı və polşalı həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.