• 29 Mart 2024
logo
Türkiyədə benzin ucuzlaşıb

Türkiyədə benzin ucuzlaşıb

Türkiyədə benzinin qiymətində 1,02 TL (10.02 qəpik) endirim qeydə alınıb.
Türkiyə mətbuatı xəbər verir ki, endirimdən sonra İstanbulda benzin 22,84 (2.37 manat) lirəyə, Ankara və İzmirdə 22,95 (2.38 manat) lirəyə düşüb.
Qeyd edək ki, Türkiyədə benzinin qiyməti 19 May 2022-ci il tarixindən 1,4 lirə artırılmışdı. Endirimdən öncəki qiymət İstanbulda 23,86 lirə (2.48 manat), Ankara və İzmirdə 23,97 lirə (2.49 manat) idi.