• 28 İyun 2022
logo
Ərdoğan: “Azərbaycanla ortaq səylərimiz regionda sülhün ən böyük təminatçısı olacaq”

Ərdoğan: “Azərbaycanla ortaq səylərimiz regionda sülhün ən böyük təminatçısı olacaq”

“Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm.
Bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilib.
“Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”, - qeyd olunub.