• 19 Aprel 2024
logo
İsveç Türkiyəyə diplomatlar göndərəcək

İsveç Türkiyəyə diplomatlar göndərəcək

İsveç Türkiyəyə diplomatlar göndərir.
"Reuters" xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Peter Hultqvist SVT dövlət televiziyasına bildirib.
Müdafiə naziri deyib ki, bu səfərin məqsədi onun ölkəsinin NATO-ya üzv olmaq planına qarşı Ankaranın etirazını türkiyəli rəsmilərlə müzakirə edərək aradan qaldırmaqdır: “Biz Türkiyə ilə müzakirələr aparmaq və dialoq üçün bir qrup diplomat göndərəcəyik ki, bunun necə həll oluna biləcəyini və məsələnin əslində nədən ibarət olduğunu öyrənək”.
Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərinə müsbət baxmayacağını deyib. Prezident Rəcəb Tayyib Ərdoğan isə Skandinaviya ölkələri niterror təşkilatlarının qonaq evi adlandırıb. Türkiyə Skandinaviya ölkələrinin öz ərazilərində olan PKK terror təşkilatı ilə əlaqəli şəxslərə dəstəyini dayandırmasını və bəzi silahların Türkiyəyə satışına qoyulan qadağaları aradan qaldırmasını istədiyini bildirib.