• 24 Aprel 2024
logo
Ərdoğan: "İkinci Qarabağ müharibəsi həm də informasiya sahəsində gedirdi"

Ərdoğan: "İkinci Qarabağ müharibəsi həm də informasiya sahəsində gedirdi"

"Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və iftiralar Türk dövlətləri arasında media və informasiya sahəsində daha sıx əməkdaşlığın vacibliyini sübut etdi".
Bu barədə İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısının iştirakçılarına videomüraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsi sadəcə döyüş meydanında deyil, həm də informasiya sahəsində də gedirdi. Ərdoğanın sözlərinə görə, məhz bu, demokratik ölkələrdə 4-cü güc sayılan medianın necə bəlli dairələrin əlində təhrif alətinə çevirildiyinin göstəricisidir.