Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 14-15 may tarixlərində Berlində keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında iştirak edəcək.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, iclasda Ukrayna da daxil olmaqla, Avro-Atlantik regionda baş verən cari proseslər, eyni zamanda, NATO-nun növbəti Strateji Konsepsiyası və Madrid Sammitinə hazırlıq kimi alyansın gündəlik prioritet məsələləri müzakirə olunacaq.